Ana Sayfa > Təhsil > Elm və Təhsil Nazirliyinin bu idarəsi təmir olunacaq - 3,5 milyon ayrıldı
Elm və Təhsil Nazirliyinin bu idarəsi təmir olunacaq - 3,5 milyon ayrıldıBu gün, 18:00. Yazar: vasif |
![]() Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin inzibati binası təmir olunacaq. aia.az-ın xəbərinə görə, bununla bağlı qurum ilə "Mühəndislik Tikinti Təchizat" QSC arasında müqavilə imzalanıb. Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin inzibati binası ilə bərabər bir sıra təhsil müəssisələrində cari təmir işləri aparılacaq. Təmir işləri ilə bağlı şirkətə 3 mln 461 min 777 manat ödəniş ediləcək. Geri dön |