Ana Sayfa > Dünya > İranın gizli hərbi imkanları: Raket və dron istehsalı yeraltına köçürülür

İranın gizli hərbi imkanları: Raket və dron istehsalı yeraltına köçürülür


Bu gün, 19:00. Yazar: vasif
İranın gizli hərbi imkanları: Raket və dron istehsalı yeraltına köçürülür


İran düşmən hücumu altında raket və dron istehsal etməyə davam edir və istehsal gücünün bir hissəsini yeraltına daşıyır.

aia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebbi Tehranda Korpusun Aerokosmik Qüvvələr Həftəsi münasibətilə keçirilən mətbuat konfransında bildirib.

O, əlavə edib ki, ölkə həmçinin öz texnologiyalarından və coğrafi xüsusiyyətlərindən istifadə edərək çoxsaylı yeraltı raket sistemləri də hazırlayıb.

Mohebbi SEPAH-ın əsas aerokosmik nailiyyətləri kimi yerli texnologiyaların inkişafını, yerli müdafiə istehsalının qurulmasını və silah idxalından ixracata keçidi qeyd edib. O, nümunə olaraq “Arman” raketini, 358 pilotsuz təyyarəsini və “Khordad-3” hava hücumundan müdafiə sistemini göstərib.

O əlavə edib ki, İran Aerokosmik Qüvvələr Həftəsi çərçivəsində ixtisaslaşmış hərbi texnikanı nümayiş etdirmək niyyətindədir. SEPAH sözçüsünün sözlərinə görə, yeni müharibə baş verəcəyi təqdirdə ölkə rəqiblərini təəccübləndirəcək yeni imkanlar nümayiş etdirəcək.
İranlı general həmçinin ABŞ və İsrailin hər hansı bir səhv hesablamasının nəticələrinin illərlə hiss olunacaq zərbələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

General Mohebbinin onu da iddia edib ki, SEPAH Aerokosmik Qüvvələri müharibə zamanı 260 düşmən təyyarəsini vurub və son bir-iki həftə ərzində yeddi bütöv MQM-170 kəşfiyyat dronunu ələ keçirib.
Geri dön