Ana Sayfa > Karusel / İdman > “Zəfər kuboku” minifutbol turnirinin qalibləri müəyyənləşib

“Zəfər kuboku” minifutbol turnirinin qalibləri müəyyənləşib


Bu gün, 16:49. Yazar: azer
“Zəfər kuboku” minifutbol turnirinin qalibləri müəyyənləşib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunmuş minifutbol üzrə II “Zəfər kuboku” turniri başa çatıb.

Oktyabrın 4-də start götürən yarışda Birliyin üzv təşkilatlarını təmsil edən 16 komanda mübarizə aparıb. Finalda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Suraxanı Rayon Sukanal İdarəsinin komandaları qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan final oyunu ADSEA komandasının 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, nəticələrə əsasən, birinci yeri ADSEA-nın komandası, ikinci yeri Suraxanı Rayon Sukanal İdarəsinin komandası, üçüncü yeri isə ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin komandası tutub.
Turnirin qaliblərinə kubok və medallar təqdim olunub. “Ən məhsuldar oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə fərqlənən iştirakçılar da mükafatlandırılıblar.
Geri dön