Ana Sayfa > Ölkə > Zəfər Gününə həsr olunmuş tədbirdə şəhid ailələri və Vətən müharibəsi iştirakçıları bir araya gəliblər
Zəfər Gününə həsr olunmuş tədbirdə şəhid ailələri və Vətən müharibəsi iştirakçıları bir araya gəliblərBu gün, 16:45. Yazar: vasif |
![]() 8 Noyabr – Zəfər Günü münasibətilə ADİXİHİ RB-nin üzv təşkilatı olan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədbir təşkil olunub. “Birliyimizdən doğan Zəfər, Zəfərimizdən doğan qürur!” şüarı altında keçirilən tədbirdə şəhidlərimizin ailə üzvləri və həmkarlar ittifaqının üzvü olan Vətən müharibəsi iştirakçıları bir araya gəliblər. Tədbir çərçivəsində qəhrəmanlıq salnaməmizi tərənnüm edən “44” bədii filmi nümayiş etdirilib. Tədbirin sonunda Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımıza, şəhid ailələrinə və qazilərimizə dərin ehtiram və minnətdarlıq əlaməti olaraq xatirə hədiyyələri təqdim olunub. Qəhrəmanlarımızın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq! Geri dön |