Ana Sayfa > Ölkə > Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildiBu gün, 14:20. Yazar: Subhan |
![]() Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Qurumdan aia.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır. aia.az Geri dön |