Ana Sayfa > Gündəm > 3 rayonda “Narkomaniyaya YOX deyək” tədbirləri keçiriləcək
3 rayonda “Narkomaniyaya YOX deyək” tədbirləri keçiriləcək24-04-2017, 09:23. Yazar: admin |
"Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda "Narkomaniyaya YOX deyək” aksiyaların təşkili” adlı layihəyə start verib. Layihə ilə bağlı məlumat verən təşkilatın sədri Nəzakət Həsənova deyib ki, layihənin məqsədi Hacıqabul, Quba və Qusar rayonlarında gənclər arasında narkomaniyaya meyilliliyin qarşısını almaq, bu yöndə maarifləndirmə işi aparmaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində Hacıqabul, Quba və Qusar gəncləri arasında narkomaniyaya aludəççiliyə yaradan səbəblərin müəyyən olunması üçün fərdi söhbətlər aparılacaq: "Eyni zamanda gənclər arasında bu kimi problemin qarşısını almaq üçün layihəyə cəlb olunmuş ekspertlərlə birgə gənclərin ən sıx məskunlaşdığı ərazilərdə maarifləndirmə işi həyata keçiriləcək, gənclərə narkomaniyanın yaratdığı fəsadlar barəsində ətraflı məlumatalar veriləcək və eyni zamanda problemin insan orqanizmində törətdiyi bəlalardan danışılacaq. Sözügedən rayonlarında "Narkomaniyaya yox deyək” adlı 100 metrlik qaçış yürüşü təşkil ediləcək. Bu yürüşə hər rayondan 50 gəncin cəlb olunacaq, facebook sosial şəbəkəsində qurup yaradılacaq”. AİA.az Geri dön |