Ana Sayfa > Gündəm > Cocuq Mərcanlıda 1250 qəlpə aşkarlanıb

Cocuq Mərcanlıda 1250 qəlpə aşkarlanıb


24-04-2017, 09:22. Yazar: admin
Cocuq Mərcanlıda 1250 qəlpə aşkarlanıb



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 23-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1250 ədəd qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 43 min 453 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan verilən məlumata görə, 65 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi doqquz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 194 min 021 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Agentlik tərəfindən yanvarın 1-dən aprelin 23-dək 5133 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 10 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 252 min 785 kvadratmetr ərazi yoxlanılıb.



AİA.az
Geri dön