Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda binada yanğın: 40 nəfər təxliyə edilib

Bakıda binada yanğın: 40 nəfər təxliyə edilib


24-04-2017, 09:20. Yazar: admin
Bakıda binada yanğın: 40 nəfər təxliyə edilib


Bakıda yanğın hadisəsi qeydə alınıb.

AİA.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə olunub, 8 nəfər azyaşlı uşaq isə xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AİA.az
Geri dön