Ana Sayfa > Ölkə > Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -


Bu gün, 15:25. Yazar: Subhan
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

aia.az
Geri dön