Ana Sayfa > Özəl > Moskvada Putinlə 3 saatlıq görüş – İranın ali rəhbərindən xüsusi mesaj çatdırıldı
Moskvada Putinlə 3 saatlıq görüş – İranın ali rəhbərindən xüsusi mesaj çatdırıldıBu gün, 21:38. Yazar: vasif |
![]() İranın ali rəhbərinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı xüsusi mesaj Moskvada keçirilən yüksək səviyyəli görüş zamanı təqdim olunub. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali “X” sosial şəbəkəsində məlumat yayıb. Diplomatın sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Moskvada Vladimir Putinlə görüşərək ölkəsinin ali rəhbərinin mesajını ona çatdırıb. Təxminən üç saat davam edən görüşdə Rusiya ilə İran arasında ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəmdəki son hadisələr müzakirə olunub. Səfir bildirib ki, Tehran öz mövqeyinin birbaşa Rusiyanın ali rəhbərliyinə çatdırılmasına xüsusi əhəmiyyət verir. Kazım Cəlali açıqlamasında Rusiyanın İrana qarşı aparıldığını bildirdiyi son iki müharibə zamanı Tehranın mövqeyinə uyğun siyasət nümayiş etdirdiyini iddia edib. Diplomatın fikrincə, İran rəhbərliyinin mesajlarının ən yüksək səviyyədə Moskvaya çatdırılması iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə və Rusiyanın mövcud mövqeyini qorumasına xidmət edir. Bununla belə, Vladimir Putinə təqdim edilən mesajın konkret məzmunu ictimaiyyətə açıqlanmayıb. Görüşün nəticəsində hər hansı yeni razılaşmanın əldə olunub-olunmadığı barədə də məlumat verilməyib. Geri dön |