Ana Sayfa > İdman > İbrahimoviçin zədəsi çox ciddidir
İbrahimoviçin zədəsi çox ciddidir22-04-2017, 19:03. Yazar: admin |
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin durumu ciddidir. AİA.Az goal.az-a istinadən xəbər verir ki, bunu klubun rəsmi saytına açıqlamasında baş məşqçi Joze Mourinyo deyib: "Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir". Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub. AİA.az Geri dön |