Ana Sayfa > Özəl > Paşinyan Türkiyəyə gedir – Səfərin məqsədi açıqlandı

Paşinyan Türkiyəyə gedir – Səfərin məqsədi açıqlandı


Dünən, 22:24. Yazar: vasif
Paşinyan Türkiyəyə gedir – Səfərin məqsədi açıqlandı




Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırır.

Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak etməkdir.

“Bəli, COP sammitində iştirak etmək üçün Antalyaya səfər etmək planlaşdırılır”, – deyə Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki, COP31 konfransının 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçirilməsi nəzərdə tutulur.
Geri dön