Ana Sayfa > İqtisadiyyat > Qızılın qiyməti 4 100 dolları ötüb

Qızılın qiyməti 4 100 dolları ötüb


Bu gün, 07:57. Yazar: Subhan
Qızılın qiyməti 4 100 dolları ötüb


COMEX birjasında 2026-cı ilin dekabr ayında çatdırılma müddəti olan qızıl fyuçerslərinin qiyməti oktyabrın 22-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 100 dolları ötüb.

aia.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 04:30-a olan məlumata görə, qiymətli metalın dəyəri 4,16 % artaraq bir troya unsiyası üçün 4 104,4 dollara çatıb.

Saat 05:00-a doğru artım 4,06 %-ə qədər zəifləyib, fyuçersin qiyməti isə bir troya unsiyası üçün 4 100,2 dollar təşkil edib.

aia.az
Geri dön