Ana Sayfa > Ölkə > Gündüz yuxunuz gəlirsə -

Gündüz yuxunuz gəlirsə -


Bu gün, 07:54. Yazar: Subhan
Gündüz yuxunuz gəlirsə -

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb.

aia.az xəbər verir ki, “The Journals of Gerontology: Series A” jurnalında dərc olunan tədqiqat gündüz yuxularının idrak zəifləməsinə birbaşa səbəb olmadığını, lakin demans riski ilə bağlı vacib xəbərdarlıq göstəricisi ola biləcəyini vurğulayır.

Milli Sağlamlıq və Yaşlanma Trendləri Sorğusu çərçivəsində 65 və daha yuxarı yaşda olan 995 nəfər 5 il ərzində izlənilib və həmin müddətdə iştirakçıların 41,9 faizində demans inkişaf etdiyi müəyyənləşib.

Araşdırmaya əsasən, hər gün və ya həftənin əksər günlərində gündüz yatanlarda demans göstəricisi nadir hallarda yatanlara və ya heç yatmayanlara nisbətən 48 faiz, qeyri-iradi şəkildə gündüz yuxuya gedənlərdə isə 39 faiz yüksək olub. Eyni zamanda, gündüz 30 dəqiqə və ya daha az yatanlar arasında demans nisbəti 40 faiz yüksək qeydə alınıb və bu cür yuxular yaddaş pozğunluğu riskinin artması ilə əlaqələndirilib.

Con Hopkins Universitetinin tədqiqatçılarının fikrincə, gündüz tez-tez yuxulamaq demensiyaya səbəb olmaqdan ziyadə, beyində baş verən nevroloji dəyişikliklərin göstəricisi ola bilər. Alimlər bu əlaqənin dəqiq səbəbini və dəyişdirilə bilən risk faktoru olub-olmadığını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

aia.az
Geri dön