Ana Sayfa > İdman > “Sabah” “Vikinq”ə qarşı - Start heyətlər
“Sabah” “Vikinq”ə qarşı - Start heyətlərDünən, 23:02. Yazar: vasif |
![]() Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq. “aia.az” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq. “Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur 00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan) Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy VAR: Jeroen Maşkot (Niderland) “Viking Stadium” Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar. *** Komandaların start heyətləri bəlli olub: “Vikinq”: 1 Ostbo, 5 Heqheym, 6 Stennes, 25 Falçener, 28 K. Haugen, 7 Askildsen, 29 Moi, 26 Kvia-Egeskoq, 16 Byordal, 22 Botheym, 10 Tripiç. “Sabah”: 92 Stas Pokatilov, 27 Timoteuş Puxaç, 4 Eyden Makkarti, 3 Stiv Solvet, 80 Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 99 Patrik Mbina. Geri dön |