Ana Sayfa > Ölkə > Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir

Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir


Bu gün, 20:49. Yazar: vasif
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir


Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır.
aia.az xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.

O deyib ki, yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradır:

"Yanğın xilasetmə idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürmə və xilasetmə peşələrinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək. Bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram".
Geri dön