Ana Sayfa > Ölkə > Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil

Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil


Bu gün, 18:00. Yazar: Subhan
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil

Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib.

aia.az Baku.ws-ə istinadən xəbər verir ki, əvvəllər fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən bu zolağın tətbiq qaydalarına yenidən baxılıb.

Mövcud yeniliyə əsasən, zolaq hər gün yalnız səhər saat 07:00-dan 10:00-dək və axşam 17:00-dan 20:00-dək qüvvədədir.

Göstərilən bu saat aralıqlarından kənar vaxtlarda sürücülərin həmin zolağa daxil olmasına icazə verilir.

Qeyd edək ki, Formula-1 ilə əlaqədar Neftçilər prospektinin ətrafına maneələr düzüldüyündən həmin ərəfədə ümumiyyətlə avtobus zolağı qüvvədə deyildi.

aia.az
Geri dön