Ana Sayfa > Özəl > NATO Rusiyanın dərinliklərinə zərbə endirməyə hazırlaşır? – Yeni hərbi strategiyanın detalları
NATO Rusiyanın dərinliklərinə zərbə endirməyə hazırlaşır? – Yeni hərbi strategiyanın detallarıDünən, 22:14. Yazar: vasif |
![]() NATO Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı tətbiq ediləcək müdafiə strategiyasını yenidən nəzərdən keçirir. Alyansın müzakirə etdiyi yanaşma yalnız hücum edən qüvvələrin dayandırılmasını deyil, Rusiya ərazisinin dərinliyində yerləşən hərbi obyektlərin də hədəfə alınmasını nəzərdə tutur. “The Wall Street Journal” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, məsələ iyun ayında general Aleksus Qrinkeviçin rəhbərliyi ilə keçirilən NATO-nun uzunmənzilli zərbələrə həsr olunmuş simpoziumunda müzakirə edilib. Yeni yanaşma çərçivəsində hərbi bazalar, silah və sursat anbarları, rabitə mərkəzləri, komandanlıq məntəqələri, müdafiə sənayesi müəssisələri və digər strateji obyektlər potensial hədəflər kimi nəzərdən keçirilir. Polşalı general-mayor İreneuş Novak bildirib ki, Rusiya ilə mümkün münaqişədə NATO üçün əsas hədəflərdən biri bu ölkənin müdafiə sənayesi infrastrukturu ola bilər. Onun sözlərinə görə, Ukraynadakı müharibədən çıxarılan əsas nəticələrdən biri müdafiənin yalnız düşmən hücumunu dayandırmaqla məhdudlaşmamasıdır. Effektiv müdafiə üçün əks-zərbə imkanları da mühüm əhəmiyyət daşıyır. Məlumata əsasən, mümkün əməliyyatlarda ABŞ istehsalı “Tomahawk” və ATACMS, eləcə də Avropanın “Storm Shadow”, SCALP və “Taurus” raketlərindən istifadə variantları nəzərdən keçirilir. Nəşr vurğulayır ki, müzakirə olunan strategiyanın əsas məqsədi Rusiyanın NATO ölkələrinə qarşı mümkün hərbi hücumunun qarşısını almaqdır. Planda nüvə silahından istifadə nəzərdə tutulmur. Beləliklə, alyansın müdafiə yanaşmasında yalnız öz ərazilərini qorumaq deyil, potensial hücumun hərbi və logistika imkanlarını uzaq məsafədən zəiflətmək məsələsi də ön plana çıxır. Hələlik bu müzakirələrin NATO tərəfindən yekun və rəsmi hərbi strategiya kimi təsdiqləndiyi barədə məlumat verilməyib. Geri dön |