Ana Sayfa > Özəl > Amerikalı milyarder “Lukoyl”un 22 milyard dollarlıq xarici aktivlərinə göz dikib
Amerikalı milyarder “Lukoyl”un 22 milyard dollarlıq xarici aktivlərinə göz dikibDünən, 22:00. Yazar: vasif |
![]() ABŞ milyarderi Todd Boulinin rəhbərlik etdiyi investorlar qrupu Rusiyanın “Lukoyl” neft şirkətinin xaricdəki aktivlərini almaq üçün danışıqlar aparır. “Reuters”in məlumatına görə, tərəflər arasında razılaşma yaxın həftələrdə əldə oluna bilər. Sövdələşmə Rusiyaya məxsus dondurulmuş qiymətli kağızların “Lukoyl”un beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur. Bildirilir ki, konsorsium artıq ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən təxminən 10 investisiya fondundan milyardlarla dollar dəyərində qiymətli kağız alıb. İnvestorlar arasında Birləşmiş Ərəb Əmirliklərinin “International Holding Company” və “Al Hail Holding” şirkətləri, Mutaz və Ramez Əl-Xəyyat qardaşları, eləcə də ABŞ-nin Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının adı çəkilir. “Lukoyl”un Avropa, Yaxın Şərq və Afrikadakı neft yataqlarını, emal müəssisələrini və yanacaqdoldurma məntəqələrini əhatə edən xarici aktivləri daha əvvəl təxminən 22 milyard dollar dəyərində qiymətləndirilib. Təklif olunan mexanizmə əsasən, qiymətli kağızlar birbaşa Rusiya şirkətinə ötürülməyəcək, xüsusi eskrou hesabında saxlanılacaq. Bu üsulun seçilməsində əsas məqsəd sövdələşmənin ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərə uyğunlaşdırılmasıdır. Daha əvvəl irəli sürülmüş bəzi təkliflərin Amerika hakimiyyəti tərəfindən təsdiqlənmədiyi bildirilir. Hələlik razılaşma yekunlaşmayıb və əməliyyatın həyata keçirilməsi müvafiq tənzimləyici qurumların qərarlarından asılı olacaq. Geri dön |