Ana Sayfa > Özəl > Fransada zərgərlik fabrikinə silahlı basqın – 50 kiloqrama yaxın qızıl oğurlandı

Fransada zərgərlik fabrikinə silahlı basqın – 50 kiloqrama yaxın qızıl oğurlandı


Bu gün, 21:13. Yazar: vasif
Fransada zərgərlik fabrikinə silahlı basqın – 50 kiloqrama yaxın qızıl oğurlandı



Fransanın Besanson şəhərində yerləşən zərgərlik fabriki silahlı şəxslərin hücumuna məruz qalıb. Basqın nəticəsində külli miqdarda qızıl və qiymətli zinət əşyaları oğurlanıb.

“Franceinfo”nun məlumatına görə, hadisə noyabrın 3-də səhər saatlarında baş verib.

Beş silahlı şəxs fabrikə daxil olaraq ümumilikdə 50 kiloqrama yaxın qızıl və zərgərlik məmulatını ələ keçirib. Cinayətkarlar daha sonra hadisə yerindən qaçıblar.

Polis aparılan axtarışlar zamanı şübhəlilərin qaçmaq üçün istifadə etdikləri ehtimal olunan yanmış avtomobil aşkarlayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır və basqını törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Geri dön