Ana Sayfa > Özəl > “Nike” geyimlərinə dini qadağa – Liviyada mübahisəli fətva
“Nike” geyimlərinə dini qadağa – Liviyada mübahisəli fətvaBu gün, 20:00. Yazar: vasif |
![]() Liviyada dini qurum tərəfindən dünyaca məşhur “Nike” brendinin geyimləri ilə bağlı fətva verildiyi bildirilir. Məlumata görə, Dar əl-İfta qurumu müsəlmanların “Nike” loqotipi daşıyan məhsulları almasını, satmasını və istifadə etməsini qadağan edən dini qərar qəbul edib. Fətvanın ölkənin baş müftisi Sadiq əl-Ğaryan tərəfindən təsdiqləndiyi qeyd olunur. Qərarda bildirilir ki, “Nike” adı qədim yunan mifologiyasındakı qələbə ilahəsi Nikedən götürülüb. Brendin məşhur loqotipinin də həmin mifoloji obrazın qanadlarından ilhamlandığı vurğulanır. Dini komitə bu simvolun istifadəsini İslam dinində qəbul edilməyən inanclarla əlaqələndirərək qadağaya əsas göstərib. Bundan əlavə, qurum “Nike” şirkətini İsraili dəstəkləməkdə ittiham edib. Qeyd edək ki, söhbət dini fətvadan gedir. Bunun Liviyada dövlət səviyyəsində hüquqi qadağa kimi tətbiq edildiyinə dair məlumat verilməyib. Geri dön |