Ana Sayfa > Özəl > Trampın seçki məğlubiyyətinin səbəbi açıqlandı – Politoloq İranla müharibəni göstərdi
Trampın seçki məğlubiyyətinin səbəbi açıqlandı – Politoloq İranla müharibəni göstərdiBu gün, 19:15. Yazar: vasif |
![]() ABŞ-də keçirilən seçkilərin nəticələri Donald Trampın siyasi kursu ilə bağlı yeni müzakirələrə səbəb olub. Prezident respublikaçıların uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürməyərək, bəzi namizədlərin zəif olduğunu və tərəfdarlarının səsvermədə kifayət qədər fəallıq göstərmədiyini bildirib. Politoloq Oqtay Qasımov isə hesab edir ki, Respublikaçılar Partiyasının seçkilərdəki nəticələrinə Tramp administrasiyasının daxili və xarici siyasəti ciddi təsir göstərib. Ekspertin fikrincə, demokratların əldə etdiyi nəticələr respublikaçılar üçün gözləniləndən daha ağır siyasi vəziyyət yaradıb. Qasımov bildirib ki, Trampın hakimiyyəti dövründə həyata keçirilən siyasət ABŞ cəmiyyətində fikir ayrılıqlarını dərinləşdirib, iqtisadi və xarici siyasət məsələləri isə seçicilərin narazılığını artırıb. “Respublikaçıların məğlubiyyətinin əsas səbəbi İranla başlanan müharibə oldu. Seçicilər bu qərarı yanlış hesab edirlər”, – deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, müharibənin iqtisadi nəticələri, xüsusilə enerji daşıyıcıları və yanacağın bahalaşması, seçicilərin hakim partiyaya münasibətinə mənfi təsir göstərib. Politoloq Trampın məğlubiyyətə görə məsuliyyəti namizədlərin üzərinə qoymasını da tənqid edib. “Donald Tramp partiyanın məğlubiyyətinin məsuliyyətini öz üzərindən nə qədər atsa da, bu nəticələrdə onun siyasətinin çox böyük payı var. İranla müharibə ABŞ-də seçkinin taleyini Trampın zərərinə həll etdi”, – deyə Qasımov bildirib. Qeyd edək ki, İranla müharibənin seçki nəticələrində həlledici rol oynaması politoloqun qiymətləndirməsidir. Seçicilərin qərarlarına təsir edən amillərin dəqiq müəyyənləşdirilməsi üçün ayrıca seçki və ictimai rəy məlumatlarının təhlili tələb olunur. Geri dön |