Ana Sayfa > Ölkə > İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum oldu
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olduBu gün, 13:25. Yazar: Subhan |
![]() İcbari Tibbi Sığorta Fondunun 2027-ci ildə gəlir və xərcləri 2 milyard 980,2 milyon manat proqnozlaşdırılır. aia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir deyib ki, bu, 2026-cı illə müqayisədə 281 milyon manat, yaxud 14 faiz çoxdur. aia.az Geri dön |