Ana Sayfa > Özəl > Səudiyyə Ərəbistanından Azərbaycana 46,5 ton qurban əti – Ehtiyacı olan ailələrə paylanacaq
Səudiyyə Ərəbistanından Azərbaycana 46,5 ton qurban əti – Ehtiyacı olan ailələrə paylanacaqBu gün, 13:21. Yazar: vasif |
![]() Səudiyyə Ərəbistanı Krallığı sosial yardım proqramı çərçivəsində Azərbaycana 46,5 ton qurban əti göndərib. Yardımın aztəminatlı və sosial dəstəyə ehtiyacı olan vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli jurnalistlərə açıqlamasında məlumat verib. Səfir bildirib ki, qurban əti Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Nazirlikdə sosial yardıma daha çox ehtiyacı olan vətəndaşların siyahılarının mövcudluğu məhsulların ünvanlı şəkildə bölüşdürülməsinə imkan yaradacaq. Diplomat bu təşəbbüsün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və sosial həmrəylik əlaqələrinin göstəricisi olduğunu vurğulayıb. “Bu təşəbbüs Səudiyyə Ərəbistanı Krallığı ilə bütün İslam ölkələri, o cümlədən Azərbaycan arasında sıx sosial əlaqələri təsdiqləyir və bütün dünyada İslam qardaşlığı hissini gücləndirir”, – deyə səfir qeyd edib. İssam bin Saleh əl-Cüteyli proqramın Səudiyyə Ərəbistanı rəhbərliyinin İslam dünyasında ehtiyacı olan insanlara dəstək göstərmək məqsədini əks etdirdiyini bildirib. Səfir yardım proqramının həyata keçirilməsində göstərilən əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb. Geri dön |