Ana Sayfa > Özəl > İrandan ABŞ-yə sərt mesaj – “Bizim ‘yox’ cavabımız kabusunuza çevriləcək”
İrandan ABŞ-yə sərt mesaj – “Bizim ‘yox’ cavabımız kabusunuza çevriləcək”Bu gün, 18:39. Yazar: vasif |
![]() İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini İranla bağlı hərbi siyasətə qarşı etiraz kimi qiymətləndirib. Qalibaf sosial şəbəkədəki rəsmi hesabında amerikalı seçicilərin İranla müharibəyə “yox” dediyini iddia edib. İran parlamentinin rəhbəri Vaşinqton administrasiyasına xəbərdarlıq edərək ABŞ xalqının iradəsinin nəzərə alınmalı olduğunu bildirib. “Əgər ABŞ hökuməti beynəlxalq sifarişçilərin və şantajçıların xeyrinə öz xalqının iradəsinə xəyanət edərsə, bilməlidir ki, bizim ‘yox’ cavabımız onlar üçün kabusa çevriləcək”, – deyə Qalibaf vurğulayıb. Onun açıqlaması Tehran rəhbərliyinin Vaşinqtona ünvanladığı növbəti sərt siyasi mesaj kimi diqqət çəkib. Qeyd edək ki, ABŞ-də aralıq seçkilərin nəticələrinin İranla müharibəyə qarşı ümumxalq mövqeyini ifadə etməsi Qalibafın siyasi şərhidir. Geri dön |