Ana Sayfa > Özəl > Almaniyadan Rusiyanın qələbəsi ilə bağlı xəbərdarlıq – “Bunun harada dayanacağını heç kim bilməz”
Almaniyadan Rusiyanın qələbəsi ilə bağlı xəbərdarlıq – “Bunun harada dayanacağını heç kim bilməz”Bu gün, 18:17. Yazar: vasif |
![]() Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanmasının beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyini bildirib. Nazir xəbərdarlıq edib ki, Rusiyanın hərbi yolla uğur əldə etməsi beynəlxalq hüquq baxımından təhlükəli presedent yarada bilər. “Əgər biz Rusiyanın beynəlxalq hüququn bütün prinsiplərini pozan bu işğalçılıq müharibəsində qələbə qazanmasına icazə versəydik, bu, təhlükəli presedent yaradardı və heç kim bunun harada dayanacağını bilməzdi”, – deyə Vadeful vurğulayıb. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Berlinin Ukraynaya dəstəyinin beynəlxalq hüquq prinsiplərinə əsaslandığını da diqqətə çatdırıb. “Biz haqlı tərəfdəyik. Biz hücuma məruz qalanların tərəfindəyik. Biz qanunun tərəfindəyik”, – deyə nazir bildirib. Vadefulun açıqlaması Almaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək mövqeyini bir daha ifadə edir. Geri dön |