Ana Sayfa > Parlament > Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunub
Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunubBu gün, 13:05. Yazar: Subhan |
![]() "Sahibkarlığın dəstəklənməsinə, ixracat və şəffaflığa dəstək verəcək digər bir məqamı da diqqətə təqdim etmək istərdim. Vergi Məcəlləsinə dəyişikliklər layihəsi artıq Milli Məclisə təqdim olunub". aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov deyib. "Bu dəyişikliklər layihəsi yerli istehsaldan xidmət ixracından turizmdə əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisi güzəştlər, mikro statusdan böyüyən subyektlər, həmçinin davamlı fəaliyyət göstərən kiçik sahibkarlar üçün təşviqləri özündə ehtiva edir. Eyni zamanda, bir çox sahələrdə, səhiyyə, kənd təsərrüfatında olan güzəştlərin əlavə müddətə uzadılmasını nəzərdə tutur", - deyə E.Camalov bildirib. aia.az Geri dön |