Ana Sayfa > İqtisadiyyat > "Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" -

"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" -


Bu gün, 11:29. Yazar: Subhan
"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" -

"Bizim ümumi dövlət borcumuz 23,9 milyard manatdır. Bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 fazi bəndi azdır. Azərbaycanda bu gün dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan dövlətdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bizim ümumi borc portfelimizin 32 faizi 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur:

"Ümumi borc portfelimizin 32%-i xarici dövlət borcu, 68%-i isə daxili dövlət borcudur. Strateji valyuta ehtiyatlarımız 1 oktyabr tarixinə 89,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir. Növbəti ildə Neft Fondunun gəlirləri xərclərini üstələyəcəkdir. Neft fondunun transferti növbəti ildə 7 milyard dollar olaraq proqnozlaşdırılmışdır. Bu da cari illə müqayisədə 550 milyon dollar və ya 935 milyon manatlıq bir azalma deməkdir. Bu bizim həyata keçirdiyimiz artıq ikinci ardıcıl ildir ki, transfertin məbləğini hər il azaltmağa çalışırıq. Siyasətimizin ana hədəflərindən biri 2030-cu ilə qədər illik transfert məbləğini daha 1,5 milyard dollar azaldaraq 30-cu ildə 5,5 milyard dollarlıq transfert hədəfinə çatmaqdır. Ümumilikdə büdcə üzrə əsas məqamları qeyd etdikdə, xüsusi olaraq nəzərə çarpan birinci məqam neftdən asılılığın daha da azaldılmasıdır. Artıq davamlı olaraq bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən məqsədyönlü iş aparılır. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1% olacaqdır. Cari ilə müqayisə etsək, bu 1,7% bəndi daha azdır. Və fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricimizdir. Hədəfimiz 29-cu ildə bu kəsiri ÜDM-in 13%-ə, 30-cu ildə 12%-ə çatdırmaqdır. Və beləliklə də biz büdcənin dayanıqlığı baxımından çox ciddi bir uğur əldə etmiş olacağıq".

aia.az
Geri dön