Ana Sayfa > Ölkə > 88 yaşlı qadın döyülərək qətlə yetirildi - Bacısı oğlu saxlanıldı
88 yaşlı qadın döyülərək qətlə yetirildi - Bacısı oğlu saxlanıldıDünən, 23:30. Yazar: vasif |
![]() Gəncədə kişi yaşlı xalasını öldürməkdə şübhəli bilinir. “aia.az” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib. Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Ə. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. Geri dön |