Ana Sayfa > Özəl > 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfrans keçirilib
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfrans keçirilibBu gün, 18:25. Yazar: azer |
![]() 8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının, Mingəçevir Heydər Əliyev Mərkəzinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsi – Zəfər tariximiz və müstəqil Azərbaycan gəncliyi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Mingəçevir Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub. İştirakçılar Mərkəzin ekspozisiyaları ilə tanış olub, Ulu Öndərin zəngin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində tarixi xidmətləri barədə məlumat əldə ediblər. Konfrans şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev iştirakçıları salamlayaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə xalqımızın milli birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təzahürüdür. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin tarixi Zəfərinin əsasını təşkil edən amillərdəndir. Sədr gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, Zəfər tariximizin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək Zəfər Gününün gənc nəslin milli qürur və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən danışaraq gənclərin ictimai həyatda fəallığının artırılmasının, onların vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. Mingəçevir Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlərindən bəhs edib. O, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinin, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Qazi, deputat köməkçisi Pərviz Məmmədov Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında nümayiş etdirdiyi cəsarət və fədakarlıqdan danışıb. O, tarixi Qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin misilsiz xidmətlərini vurğulayaraq gənclərə Vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq nümunəsi göstərməyin əhəmiyyətini diqqətə çatdırıb. Mingəçevir Dövlət Universitetinin tədbirlərin təşkili üzrə mütəxəssisi Aslan Ələkbərzadə çıxışında Zəfər tariximizin gənc nəslə düzgün çatdırılmasının, tələbə və gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətindən bəhs edib. O, milli tariximizə və dövlətçilik ənənələrimizə bağlılığın gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rəvan Nəsirov isə çıxışında müasir Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən, dövlətə və dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik prinsiplərindən danışıb. O qeyd edib ki, bugünkü gənclik Zəfər tariximizin daşıyıcısı olmaqla yanaşı, müstəqil Azərbaycanın gələcəyinin qurulmasında da mühüm rol oynayır. Çıxışlarda 8 Noyabr – Zəfər Gününün yalnız hərbi Qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, birliyinin, dövlət suverenliyinin və tarixi ədalətin təntənəsi olduğu vurğulanıb. Gənclərin Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik prinsiplərinə sədaqət ruhunda yetişdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunm Geri dön |