Ana Sayfa > İqtisadiyyat > Növbəti hərracda 67 nəqliyyat vasitəsi satılıb

Növbəti hərracda 67 nəqliyyat vasitəsi satılıb


Bu gün, 17:27. Yazar: azer
Növbəti hərracda 67 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb.

Hərracda start qiyməti 10.000 manat olan “Hyundai ix-35” markalı avtomobil 15.300 manata, ilkin qiyməti 5.000 manat olan “Ford Transit” markalı mikroavtobus isə 9.200 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar 11, 17 və 24 noyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.

Geri dön