Ana Sayfa > Karusel / Gündəm > Prezidentin sədr təyin etdiyi şəxs kimdir? -
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? -Bu gün, 16:40. Yazar: Subhan |
![]() Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. aia.az onun dosyesini təqdim edir: Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb. 2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyasına layiq görülüb. Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007-2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub. Ailəlidir, iki övladı var. aia.az Geri dön |