Ana Sayfa > Özəl > Şəhid Quluyev Mehtab Ənvər oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib
Şəhid Quluyev Mehtab Ənvər oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilibBu gün, 16:15. Yazar: azer |
![]() aia.az xəbər verir ki, 03.11.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz RF-nın baş mütəxəssisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz - Gədəbəy rayonunun Kiçik Qaramurad kənd sakini Quluyev Mehtab Ənvər oğlunun ildönümü münasibətilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Geri dön |