Ana Sayfa > Dünya / Aia TV / Karusel > Nazpəri Dostəliyeva xəstəxanaya yerləşdirildi

Nazpəri Dostəliyeva xəstəxanaya yerləşdirildi


12-10-2015, 16:58. Yazar: admin
Nazpəri Dostəliyeva xəstəxanaya yerləşdirildi
“Hadisə oktyabrın 10-da baş verib”.

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib.

Aia.az -ın Report-a istinadla xəbərinə görə, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Belə ki, xalq artisti yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.

1 saylı Kliniki Tibbi Mərkəzdən “Report”a fakt təsdiqlənib:

“Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhətilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.
Geri dön