Ana Sayfa > Karusel / Parlament > Deputat bu şəxslərlə bağlı

Deputat bu şəxslərlə bağlı


Bu gün, 12:53. Yazar: Subhan
Deputat bu şəxslərlə bağlı

“Mütəxəssis adı altında ölkəmizə gələn şəxslərlə bağlı ayıq-sayıq və diqqətli olmalıyıq”.

aia.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları və yenilikləri müsbət qiymətləndirdiyini bildirib. Bununla yanaşı, miqrasiya prosesində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Siyavuş Novruzovun sözlərinə görə, əsas məsələlərdən biri müxtəlif şəxslərin digər ölkələrə hansı məqsədlə daxil olduğunun və fəaliyyətinin müəyyənləşdirilməsidir. O, mütəxəssis adı altında Azərbaycana gələn bəzi şəxslərin əslində anti-dövlət fəaliyyəti ilə məşğul ola, qruplar yarada və hökumət əleyhinə fəaliyyət göstərə biləcəyini iddia edib.

Deputat hesab edir ki, bu baxımdan miqrasiya sahəsində yalnız qanunvericilik dəyişiklikləri deyil, müxtəlif kateqoriyalara aid şəxslərin müəyyənləşdirilməsi, yoxlanılması və fəaliyyətlərinin izlənilməsi mexanizmləri də təkmilləşdirilməlidir.

O, ölkəyə investisiya yatıran, burada mülkiyyəti və biznes fəaliyyəti olan şəxslərlə digər məqsədlərlə gələn şəxslərin fərqləndirilməsinin vacibliyinə diqqət çəkib.

Siyavuş Novruzov çıxışının sonunda miqrasiya sahəsində nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

aia.az
Geri dön