Ana Sayfa > Parlament > Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi -

Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi -


Bu gün, 11:46. Yazar: Subhan
Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi -

“Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs misralar heç vaxt 44 günlük Vətən müharibəsində olduğu qədər gerçək məna qazanmamışdı”.

aia.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etsə də, torpaqlarının beşdə biri işğal altında idi. Onun sözlərinə görə, xalqın hərbi andı kimi səslənən “Səndən ötrü can verməyə cümlə hazırıq” nidası 27 sentyabr 2020-ci ildə qəhrəman Azərbaycan övladları tərəfindən gerçəkliyə çevrildi.

Zahid Oruc vurğulayıb ki, tarix boyu keçilən yol xalqımıza bir həqiqəti öyrədib: milli arzuları həyata keçirmək üçün güclü ordu, vahid xalq və monolit dövlətin simvolu olan yenilməz sərkərdə lazımdır.

Deputat qeyd edib ki, milyonlarla azərbaycanlının qəlbində, əcdadlarımızın ruhunda və Ulu öndər Heydər Əliyevin vəsiyyətində xüsusi yer tutan üçrəngli bayrağımız 8 Noyabr Zəfəri ilə Şuşa zirvəsinə yüksəlib.

O bildirib ki, müxtəlif bölgələrdən, fərqli ailələrdən, millətlərdən və dinlərdən olan insanlar bir Vətən, bir bayraq və bir amal uğrunda birləşərək şəhidlik zirvəsinə ucalıblar.

Zahid Oruc çıxışında Qarabağda aparılan quruculuq işlərinə də toxunub. O, vaxtilə Səməd Vurğunun “El bilir ki, sən mənimsən” misrası ilə ifadə olunan Vətən sevgisinin Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” müjdəsi ilə eyni məqsəddə – torpaqlarımızın bütövlüyündə birləşdiyini diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, bu gün Zəfərin canlı təcəssümü doğma yurdlarına qayıdan ailələr və qəhrəman oğullarını Vətənə qurban verən analardır.

aia.az
Geri dön