Ana Sayfa > Parlament > Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı


Bu gün, 11:02. Yazar: Subhan
Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

aia.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Deputatların müzakirəsinə ilk olaraq 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi çıxarılacaq.

Gündəliyə, həmçinin Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilənin, eləcə də iki ölkənin hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi məsələləri daxil edilib.

Bundan başqa, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda, eləcə də hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericilikdə dəyişiklik layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

Deputatlar, həmçinin Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Elektron ticarət haqqında” Qanunda dəyişiklik layihələrini birinci oxunuşda nəzərdən keçirəcəklər.

aia.az
Geri dön