Ana Sayfa > Özəl > Tramp İranla müharibəyə xərclənən 30 milyard dolları kiçik məbləğ adlandırdı
Tramp İranla müharibəyə xərclənən 30 milyard dolları kiçik məbləğ adlandırdıBu gün, 21:00. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara xərcləndiyi bildirilən 30 milyard dollarla bağlı diqqətçəkən açıqlama verib. Tramp “Fox News” telekanalına müsahibəsində bu məbləği ABŞ üçün kiçik xərc hesab etdiyini bildirib. “Mən çox axmaq bir konqresmenin İranla müharibəyə xərclənən 30 milyard dollar haqqında danışığını dinlədim. Bu, sadəcə xırda bir şeydir, çünki biz Venesuelada dəfələrlə çox pul qazanmışıq”, – deyə ABŞ Prezidenti söyləyib. Tramp həmçinin İranla mümkün razılaşmanın əldə olunması ehtimalına toxunub. Onun sözlərinə görə, ABŞ Tehranla münasibətlərdə güclü mövqedədir və tərəflərin razılığa gəlməsi üçün kifayət qədər yaxşı imkanlar mövcuddur. Qeyd edək ki, 30 milyard dollarlıq xərc və Venesueladan əldə edildiyi deyilən gəlirlərlə bağlı rəqəmlər Trampın açıqlamasında səsləndirilib. Geri dön |