Ana Sayfa > Özəl > İran ABŞ-nin 3 pilotsuz təyyarəsini vurduğunu açıqladı – SEPAH-dan yeni iddia

İran ABŞ-nin 3 pilotsuz təyyarəsini vurduğunu açıqladı – SEPAH-dan yeni iddia


Bu gün, 20:00. Yazar: vasif
İran ABŞ-nin 3 pilotsuz təyyarəsini vurduğunu açıqladı – SEPAH-dan yeni iddia




İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ətrafında ABŞ-yə məxsus üç pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini iddia edib.

“Fars” xəbər agentliyinin məlumatına görə, SEPAH Hörmüz boğazının şərqində ABŞ-nin MQ-9 tipli kəşfiyyat və hücum pilotsuz təyyarəsinin ələ keçirilərək məhv edildiyini açıqlayıb.

İran tərəfi əməliyyat zamanı yeni və qabaqcıl aerokosmik müdafiə sistemindən istifadə olunduğunu bildirib.

SEPAH-ın iddiasına əsasən, bu, İran qüvvələrinin məhv etdiyi 55-ci ABŞ MQ-9 pilotsuz təyyarəsidir.

Bundan başqa, İran hərbçiləri Hörmüz boğazında, Qeşm adasının cənubunda ABŞ-yə məxsus daha iki MQM-170 tipli kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiklərini bəyan ediblər.

SEPAH bu hadisədən sonra ələ keçirilmiş həmin tip ABŞ pilotsuz təyyarələrinin ümumi sayının dördə çatdığını iddia edir.

Qeyd edək ki, İranın açıqladığı məlumatlar və pilotsuz təyyarələrin məhv edilməsi ilə bağlı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ tərəfinin bu iddialara münasibəti barədə məlumat verilməyib.
Geri dön