Ana Sayfa > Özəl > Rusiyada əcnəbilərə qarşı yeni qaydalar – Bu 45 pozuntu ölkədən çıxarılmaya səbəb ola bilər

Rusiyada əcnəbilərə qarşı yeni qaydalar – Bu 45 pozuntu ölkədən çıxarılmaya səbəb ola bilər


Bu gün, 19:19. Yazar: vasif
Rusiyada əcnəbilərə qarşı yeni qaydalar – Bu 45 pozuntu ölkədən çıxarılmaya səbəb ola bilər




Rusiyada xarici ölkə vətəndaşlarının inzibati qaydada ölkədən çıxarılmasına səbəb ola bilən hüquqpozmaların siyahısı genişləndirilir.

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, noyabrın 3-dən etibarən müvafiq inzibati xətaların sayı iki dəfə artırılaraq 45-ə çatdırılır.

Yeni qaydalar çərçivəsində əcnəbilərin ölkədən çıxarılması ilə nəticələnə biləcək hüquqpozmaların əhatə dairəsi genişləndirilir.

Siyahıya xırda xuliqanlıq, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq və Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı inzibati xətalar da daxildir.

Bundan başqa, bəzi hüquqpozmalara görə ölkədən çıxarılma cəzasının digər inzibati cəzalarla əvəz edilməsinə icazə verilməyəcək.

Bu kateqoriyaya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli inzibati xətalar da əlavə olunub.

Yeni dəyişikliklər Rusiyada yaşayan və ya bu ölkəyə səfər edən Azərbaycan vətəndaşları da daxil olmaqla, bütün əcnəbilər üçün əhəmiyyət daşıyır.

Qaydaların sərtləşdirilməsi ilə əlaqədar xarici vətəndaşların Rusiya qanunvericiliyində nəzərdə tutulan inzibati məsuliyyət tələblərinə diqqət yetirməsi vacibdir.
Geri dön