Ana Sayfa > Dünya > 10 milyardlıq qarşıdurmaya görə istefa verdi -

10 milyardlıq qarşıdurmaya görə istefa verdi -


Bu gün, 07:22. Yazar: Subhan
10 milyardlıq qarşıdurmaya görə istefa verdi -

Belçikada 2029-cu ilə qədər proqnozlaşdırılan 10 milyard avroluq büdcə paketi üzrə koalisiya danışıqlarının boşa çıxmasından sonra Baş nazir Bart de Vever istefa ərizəsini Kral Filippə təqdim edib.

aia.az-ın xəbərinə görə, Belçika Kral Sarayından verilən bəyanatda Kral Filippin Baş naziri qəbul etdiyi və istefa ilə bağlı yekun qərarını müvəqqəti olaraq təxirə saldığı bildirilib.

Monarx böhrandan çıxış yolu tapmaq üçün koalisiyanı təşkil edən partiyaların liderləri ilə məsləhətləşmələrə başlayacaq. Kral istefanı rəsmi qəbul edərsə, yeni hökumət formalaşana qədər De Vever kabineti müvəqqəti icraedici orqan kimi fəaliyyətini davam etdirəcək. Koalisiya tərəfdaşları anlaşa bilməzsə, ölkədə erkən parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq.

Böhranın əsas səbəbi vergi islahatları və səhiyyə xərclərindəki kəsintilərlə bağlı fikir ayrılığıdır. Flamand Sosialist Partiyası “Vooruit” və mərkəzçi “Les Engages” partiyası səhiyyə büdcəsinin ixtisarına cavab olaraq ölkənin ən varlı təbəqəsindən alınan vergilərin artırılmasını tələb ediblər. “Vooruit” lideri Konner Russo imkanlı şəxslərin büdcəyə töhfə həddini 1,5 milyard avroya qaldırmağı təklif etsə də, Baş nazir De Vever bu məbləği 1 milyard avro ilə məhdudlaşdırıb.

Mərkəz-sağçı libral MR partiyası isə kapital mənfəəti vergisinin artırılması təkliflərini “maliyyə dəhşəti” adlandıraraq rədd edib. N-VA və MR partiyalarının varlılara əlavə vergilər tətbiq etməkdən imtina etməsi danışıqları tamamilə iflic edib.

Büdcə planının qəbul olunmaması səbəbindən Belçikanın yeni ilə müvəqqəti bölgü sistemi ilə qədəm qoyması gözlənilir. Yüksək dövlət borcu və büdcə kəsiri səbəbindən beynəlxalq nəzarət altında olan ölkənin istiqraz gəlirləri kəskin şəkildə artıb. De Vever daxili borc və faiz spiralının ölkəni yalnız köhnə kreditlərin faizini ödəmək üçün yeni borclar götürməyə məcbur edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

aia.az
Geri dön