Ana Sayfa > Dünya / Aia TV > Bu ölkədə analoq telefon dövrü bitir -

Bu ölkədə analoq telefon dövrü bitir -


Bu gün, 07:12. Yazar: Subhan
Bu ölkədə analoq telefon dövrü bitir -

Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır.

aia.az-ın məlumatına görə, “BT Group” çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru “Openreach” xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analoq şəbəkə tamamilə bağlanacaq.

Şirkətin açıqlamasına görə, hazırda təxminən bir milyon analoq xətt istifadə olunur və onların 300 mini müəssisələrin payına düşür. Təhlükə yalnız ev telefonları ilə məhdudlaşmır, vaxtında rəqəmsal infrastruktura köçürülməzsə, kart ödəniş terminalları (POS), liftlərdəki təcili əlaqə telefonları, yanğın siqnalizasiyaları və təhlükəsizlik sistemləri də fəaliyyətsiz qala bilər.

“Openreach”in rəsmisi Ceyms Lilli bildirib ki, rəqəmsal miqrasiya prosesini ləngidən təşkilatlar ciddi əməliyyat və təhlükəsizlik riskləri ilə üzləşəcəklər.

“Openreach” artıq 1 oktyabrdan köhnə mis xətlər üçün tarifləri ikiqat artırıb və fevral ayından növbəti qiymət artımı gözlənilir. Son tarixə qədər rəqəmsal şəbəkəyə keçməyən istifadəçilər avtomatik olaraq yalnız əsas zənglərə icazə verən müvəqqəti xidmətə keçiriləcəklər ki, bu da rəqəmsal alternativlərdən xeyli baha başa gələcək.

Ev telefonunu saxlamq istəyən abunəçilər isə xidmətdən istifadəni davam etdirə biləcəklər, lakin cihazlar artıq xəttə deyil, genişzolaqlı internet routerinə qoşularaq İP-telefoniya sistemi ilə işləyəcək.

Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı da 31 dekabr 2035-ci ilə qədər bütün üzv ölkələrdə mis kabel şəbəkələrini tamamilə istismardan çıxarmağı hədəfləyir. Norveç və İspaniya isə artıq analoq sistemlərdən tam imtina edib.

aia.az
Geri dön