Ana Sayfa > Manşet / Dünya > Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər -

Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər -


Bu gün, 07:08. Yazar: Subhan
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər -


Rusiya və Ukraynada rəsmi fövqəladə hallar və hava həyəcanı tətbiqlərinin kütləvi kiberhücuma məruz qalması hər iki ölkədə böyük panikaya səbəb olub. Rəqəmsal və psixoloji müharibənin yeni mərhələyə keçdiyini göstərən bu hadisələr Xersonda yerli atəşkəsin başa çatması və cəbhədə döyüşlərin yenidən kəskinləşdiyi bir vaxta təsadüf edib.

aia.az-ın xəbərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, hava hücumları barədə məlumat verən “Air Alert” tətbiqinin istifadəçilərinə Kiyev və ətraf ərazilərə nüvə və kimyəvi hücumların başladığı barədə yalançı bildirişlər göndərilib.

Mesajlarda həmçinin küçə döyüşləri və Rusiyanın hipersəsli “Oreşnik” raketlərini yerləşdirdiyi iddia olunub. Hətta bəzi şəhərlərdə səsgücləndiricilər də bu saxta siqnalları yayımlayıb. Ukrayna Strateji Kommunikasiya Mərkəzi radiasiya təhlükəsinin olmadığını və tətbiqə Rusiyadan müdaxilə edildiyini bəyan edib.

Bir neçə saat sonra analoji addım Rusiya tərəfində yaşanıb. Rusiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi sistemin “kütləvi kiberhücuma” məruz qaldığını bildirib. Hakerlər ruslara Ukrayna dronları üzərində nüvə başlıqlarının ölkəyə atıldığı barədə saxta xəbərdarlıqlar göndərərək, vətəndaşlara 3 həftəlik ərzaq ehtiyatı toplamağı tapşırıblar.

Bu kiberskandal fonunda Avropa və Asiyada təhlükəsizlik tədbirləri kəskin şəkildə artırılıb. Dünyanın 33 ölkəsində hökumətlər vətəndaşlarına hərbi risklər, kiberhücumlar və infrastruktura təxribat ehtimallarına qarşı fövqəladə hazırlıq tövsiyələri verməyə başlayıb.

Böyük Britaniya ev təsərrüfatlarının ilk 72 saat ərzində özünü təmin etməsini nəzərdə tutan “Get Ready” kampaniyasına start verib. Fransa və Avropa Komissiyası vətəndaşlar üçün 3 günlük təcili yardım dəsti bələdçiləri dərc edib, Yaponiya isə ölkə miqyasında fəlakət agentliyinin fəaliyyətinə başlayıb.

Məlumatlarda kiberhücumlar və şəbəkə kəsintiləri zamanı ilk 72 saat ərzində dövlət yardımının dərhal çatmasının çətin ola biləcəyi vurğulanır. Bu səbəbdən vətəndaşlara evdə içməli su və uzunömürlü, tez xarab olmayan qidalar saxlamaq tövsiyə olunur. Eyni zamanda, vacib reseptli dərmanlar, ilk yardım dəsti, fənər, ehtiyat batareyalar, radio, telefon şarj cihazları və müəyyən miqdarda nağd pulun əl altında saxlanılması vacib sayılır.

aia.az
Geri dön