Ana Sayfa > Ölkə > Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq


Bu gün, 18:00. Yazar: Subhan
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.

aia.az
Geri dön