Ana Sayfa > Dünya > Bir ildə 30 nəfər ayıların qurbanı oldu -
Bir ildə 30 nəfər ayıların qurbanı oldu -Bu gün, 15:41. Yazar: Subhan |
![]() Rusiyada 2026-cı ilin əvvəlindən indiyədək ayı hücumları nəticəsində 30 nəfər həyatını itirib. aia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tomsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, noyabrın 1-də Pervomayski rayonunun Orexovo kəndi yaxınlığındakı meşəlik ərazidə 62 yaşlı kişinin meyiti aşkarlanıb. Onun bədənində çoxsaylı xəsarətlər qeydə alınıb. Beləliklə, bu ilin əvvəlindən Rusiyada ayı hücumları nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu cür hadisələr daha çox Buryatiya, Kamçatka və Tomsk vilayətlərində qeydə alınıb. aia.az Geri dön |