Ana Sayfa > Özəl > Rusiyadan Türk Dövlətləri Təşkilatına qoşulmaqla bağlı gözlənilməz açıqlama – Kreml mövqeyini bildirdi

Rusiyadan Türk Dövlətləri Təşkilatına qoşulmaqla bağlı gözlənilməz açıqlama – Kreml mövqeyini bildirdi


Dünən, 23:00. Yazar: vasif
Rusiyadan Türk Dövlətləri Təşkilatına qoşulmaqla bağlı gözlənilməz açıqlama – Kreml mövqeyini bildirdi




Rusiya Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirak etmək imkanını nəzərdən keçirə bilər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Kremlin sözçüsü bildirib ki, Moskva hələlik təşkilata qoşulmaq üçün rəsmi dəvət almayıb. Bununla belə, məsələnin Qazaxıstanla aparılacaq danışıqlarda gündəmə gəlməsi mümkündür.

“Rusiyada tarixən türk mənşəli xalqların yaşadığı çoxsaylı regionlar var. Buna görə də Rusiyanın belə bir təşkilatın işində iştirakı tamamilə anlaşılan və məqsədəuyğun olardı”, – deyə Peskov vurğulayıb.

O, söhbətin Rusiyanın ayrı-ayrı regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatda iştirakından getdiyini xüsusi qeyd edib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daha əvvəl Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv və ya müşahidəçi qismində qoşulması təklifini irəli sürmüşdü.

Hələlik Rusiyanın təşkilata qoşulması ilə bağlı rəsmi müraciət və ya qərar açıqlanmayıb.
Geri dön