Ana Sayfa > Dünya > "Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb" -

"Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb" -


Bu gün, 12:21. Yazar: Subhan
"Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb" -

Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin praktiki icra mərhələsinə keçdiyini elan edib. Təşəbbüs Sünik vilayətində nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yollarının, avtomobil yollarının və elektrik ötürücü xətlərinin inkişafını əhatə edir.

aia.az xəbər verir ki, bu barədə o, Ermənistan Parlamentinin iclasında deyib.

Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə TRIPP-in inkişafı ilə məşğul olacaq Ermənistan-ABŞ birgə müəssisəsinin yaradılması gözlənilir; indiyədək görülmüş hazırlıq işləri isə həmin quruma təhvil veriləcək.

aia.az
Geri dön