Ana Sayfa > Ölkə > Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıbBu gün, 11:55. Yazar: Subhan |
![]() İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) aia.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib. aia.az Geri dön |