Ana Sayfa > Siyasət > Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb


Bu gün, 11:14. Yazar: azer
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

2026-cı il oktyabrın 30-da tarixli məktubda Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısının səsləndirdiyi fikirlərin böyük maraq və diqqətlə izlənildiyi bildirilib.

Məktubda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müharibədən sonrakı dövrdə sülh gündəliyini irəli sürməsi, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin əldə olunması istiqamətində göstərdiyi səylər regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, müharibədən sonra sülhün qurulması istiqamətində nümayiş etdirilən siyasi iradə Azərbaycanın yalnız Zəfər qazanan dövlət deyil, həm də regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu göstərir.


Məktubda əldə olunmuş razılaşmaların tam və ardıcıl şəkildə həyata keçirilməsinin Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edəcəyi bildirilib.

Həmçinin Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü olduğu, müxtəlif dinlərin, xalqların və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşamasının ölkənin multikulturalizm ənənələrinin və dövlətçilik fəlsəfəsinin mühüm göstəricisi olduğu qeyd edilib.

Federasiya Prezident İlham Əliyevin beynəlxalq tribunadan səsləndirdiyi fikirlərin Azərbaycanın müstəqil xarici siyasətinin, milli maraqlarının və ədalətə əsaslanan mövqeyinin ifadəsi olduğunu vurğulayıb.

Məktubda, həmçinin Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağ Zəfərinin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəkləri bildirilib.

Sonda Prezident İlham Əliyevə möhkəm cansağlığı, dövlətimizin inkişafı, xalqımızın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi naminə fəaliyyətində yeni uğurlar arzulanıb.

Məktub Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan tərəfindən imzalanıb.
Azadmedia.az məktubu təqdim edir:




Geri dön