Ana Sayfa > Özəl > “Real Madrid” transfer yarışında rəqiblərini qabaqlayır – Gənc istedad Madridə gedir?
“Real Madrid” transfer yarışında rəqiblərini qabaqlayır – Gənc istedad Madridə gedir?Bu gün, 19:46. Yazar: vasif |
![]() İspaniyanın “Real Madrid” klubu “Mançester Yunayted”in gənc futbolçusu Cey Cey Qabrieli heyətinə qatmağa hazırlaşır. “Diario Sport”un məlumatına görə, Madrid təmsilçisi perspektivli futbolçunun transferini reallaşdırmaq şansına əmindir və hazırda əsas favorit hesab olunur. Gənc istedadla Avropanın digər nəhəng klubları da maraqlanıb. Lakin Qabrielin PSJ-nin təklifini rədd etdiyi, “Barselona” və “Bayern Münhen”in isə transfer yarışından kənarda qaldığı bildirilir. Beləliklə, futbolçunun karyerasını “Real Madrid”də davam etdirmək ehtimalı artıb. Bununla belə, transferlə bağlı klublar tərəfindən hələlik rəsmi razılaşma elan olunmayıb. Geri dön |